Fransada anomal istilər 13 nəfərin ölümünə səbəb olub
sizinxeber.az xəbər saytı

Fransada anomal istilər 13 nəfərin ölümünə səbəb olub


Fransa ərazisində anomal istilər fonunda 13 nəfər suda boğulub.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı milli mülki təhlükəsizlik xidmətinin nümayəndəsi Jerom Bulanjeyə istinadən məlumat yayıb.

Ölənlərdən ikisi yeniyetmələrdir.

İsti hava səbəbindən boğulma riski artır. Bunun qarşısını almaq məqsədilə polis su hövzələri olan ərazilərdə patrul xidməti həyata keçirir.

Anomal istilərlə əlaqədar bazar ertəsi 845 məktəb və kollec bağlanıb, ölkənin 60 min təhsil müəssisəsindən 1800-də isə dərs cədvəlinə düzəlişlər ediləcək.

Qeyd edək ki, Fransanın Meteorologiya Xidməti bazar ertəsi ölkə ərazisinin böyük hissəsində isti hava şəraiti ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edib. Temperaturun həddindən artıq yüksək olacağı proqnozlaşdırılır, bəzi regionlarda 40-42°C isti gözlənilir.

Bundan başqa, meşə yanğınları riskinin yüksək olması səbəbindən 17 departament üçün narıncı təhlükə səviyyəsi elan edilib.

Şiddətli istilər səbəbindən İl-de-Frans regionunda ictimai nəqliyyat fasilələrlə işləyəcək.

Oxşar xəbərlər

Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Yaponiyada anomal istilər səbəbindən 26 nəfər dünyasını dəyişib
İranda istilər su və elektrik təchizatında fasilələrə səbəb olub
Fransanın bütün ərazisində həyəcan təbili...
İsraildə məşhur gəzinti marşrutları isti hava səbəbindən ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər