Şalva Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh sazişinə gedən yol Gürcüstan üçün vacibdir
sizinxeber.az xəbər saytı

Şalva Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh sazişinə gedən yol Gürcüstan üçün vacibdir


Regionda formalaşan yeni dinamika Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinə doğru irəliləyiş baxımından mühüm əhəmiyyət daşıyır.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Ermənistanda seçkilərdə Nikol Paşinyanın partiyasının qalib gəlməsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Gürcüstan üçün Cənubi Qafqazda sabitlik və əməkdaşlıq prioritet istiqamətlərdən biridir:

"Regionda mövcud olan yeni dinamika, Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru yol, açıq sərhədlər və iki ölkə arasında davam edən dialoq Gürcüstan üçün vacibdir".

Ş.Papuaşvili əlavə edib ki, regionda sülh və sabitliyin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir.

"Regionda sülh və sabitlik bizim üçün vacibdir. Nikol Paşinyanın vədi Ermənistan üçün sülh və sabitliyi təmin etmək idi ki, bu da nəticə etibarilə bütün region üçün sülh və sabitlik deməkdir. Bu, regiondakı hər bir ölkənin dövlətinə və xalqına fayda verəcək", - o qeyd edib.

Oxşar xəbərlər

Papuaşvili: Gürcüstan, Ermənistan və Azərbaycanın qərarları regionda sabitliyi gücləndirir
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Sahibə Qafarova Gürcüstan Parlamentinin Fəxri medalı ilə təltif edilib
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
İrakli Kobaxidze: Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər