Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTO - YENİLƏNİB


FHN-in "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Emin Şirvanzadə

***

13.50

Hacıqabulda açıq ərazidə yanğın başlayıb.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.

FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Oxşar xəbərlər

Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO
Zabratda açıq ərazidə yanğın baş verib - VİDEO
Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər