Çayların mühafizə zolaqlarına müdaxilə hallarına qarşı tədbirlər keçirilib
Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirib.
DİN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.
Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər həyata keçirilib.
Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun zəruri hüquqi məsuliyyət tədbirləri görülür.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Su polisi Qəbələ və Lənkəranda çayların məcralarına qanunsuz müdaxilə halları aşkar edib
Bakıda memarlıq abidəsinə müdaxilə edilib, söküntü işləri dayandırılıb
Brokonyerlərə və “Qırmızı kitab”a düşən çöl quşlarının ovlanmasına qarşı əməliyyatlar keçirilib - VİDEO
Brokonyerlərə və “Qırmızı kitab”a düşən quşların ovuna qarşı əməliyyatlar keçirilib - VİDEO
Sahilboyu ərazilərin çirklənməsinə görə 14 nəfər cərimə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
