İrakli Kobaxidze: Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq
Gürcüstan Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayır.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi sülh sazişi münasibətilə tərəfləri, eləcə də ABŞ Prezidentini təbrik edib.
“Mən ABŞ və Azərbaycan prezidentlərini, Ermənistanın Baş nazirini tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edirəm. Gürcüstan həmişə regionda sülh və əməkdaşlıqda maraqlı olub və bundan sonra da qətiyyətlə dəstəkləyəcək”., - İ,Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, Gürcüstan bu tarixi anı Ermənistan, Azərbaycan, bütövlükdə region və dünya üçün böyük nailiyyət kimi qiymətləndirir:
“Bu uğur regionda sabitliyin və iqtisadi inkişafın yeni dövrünün başlanğıcıdır.”
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannaməsi imzalayıblar. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Kobaxidze: Gürcüstan Ermənistan və Azərbaycan üçün olan bu tarixi anı alqışlayır
Kobaxidzenin erməni nazirlə görüşündə Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlar müsbət qiymətləndirilib
İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












