Peskov Ermənistandakı seçkilərin yekunlarını şərh etməkdən çəkinib
Kremldən Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri rəsmi olaraq elan edilənə qədər parlament seçkilərinin yekunları ilə bağlı şərh verməkdən çəkindikləri bildirilib.
"Sizinxeber.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya tərəfi məlumatları diqqətlə izləyir:
"Mən bu barədə hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm, çünki Ermənistan MSK-nın yekun nəticələri açıqlanmayıb, biz bu nəticələri gözləyirik".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moskva İrəvanla münasibətlərdə gələcək kursunu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə almaqla qurmaq niyyətindədir.
Bununla yanaşı, o vurğulayıb ki, keçirilmiş seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini əyani şəkildə nümayiş etdirib.
Qeyd edək ki, Ermənistan MSK-nın məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində 49,825 % səs toplayaraq qalib gəlib. Bu göstərici ona yeni hökuməti formalaşdırmağa imkan verir.
Oxşar xəbərlər
Rusiya XİN: İrəvan regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanını əldən verir
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Kreml Ermənistanda seçkilərin nəticələrini qiymətləndirməkdən çəkinir
Zaxarova: Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir
Zaxarova: Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
