Tramp: İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışırlar
sizinxeber.az xəbər saytı

Tramp: İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışırlar


ABŞ Prezidenti Donald Tramp İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışdıqlarını bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"Hər iki tərəf, İsrail və İran dərhal atəşkəsə can atır! Cəhalət onların yoluna çıxmayacağı təqdirdə "sülh"lə bağlı yekun danışıqlar davam edir", - D.Tramp yazıb.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazının blokadası qorunub saxlanılacaq və "yekun saziş" əldə olunanadək tam həcmdə qüvvədə qalacaq.

O, eyni zamanda vurğulayıb ki, proses (yekun sazişin əldə olunması - red.) operativ şəkildə inkişaf etdirilməlidir.

Oxşar xəbərlər

Tramp: İsrail atəşkəsin əldə olunmasına razıdır
Tramp İsrail və İranı atəşkəsə əməl etməyə çağırıb
Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Tramp Rusiya və Ukraynanı dərhal danışıqlar masasına əyləşməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər