Aİ İtaliyada 23 milyard avroluq dövlət dəstəyi proqramını təsdiqləyib
Avropa Komissiyası bərpa olunan enerji mənbələrindən (BOEM) elektrik enerjisi istehsalının inkişafı üçün İtaliyanın 23 milyard avro həcmində dövlət dəstəyi proqramını təsdiqləyib.
"Sizinxeber.az"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir ki, proqram İtaliyada külək enerjisi, günəş generasiyası, hidroenergetika obyektlərinin və çirkab sulardan alınan bioqaz qurğularının tikintisinə dəstəyi nəzərdə tutur.
Yeni layihələrin 37,15 QVt gücün istifadəyə verilməsini təmin edəcəyi gözlənilir, bu da İtaliyanın hazırkı bərpa olunan generasiya güclərinin təxminən 48 %-nə bərabərdir.
Avropa Komissiyasının məlumatına görə, proqram İtaliyaya 2030-cu ilə qədər son elektrik enerjisi istehlakında BOEM-in payını 39,4 %-ə çatdırmaq məqsədinə nail olmağa, həmçinin elektrik enerjisi qiymətlərinin və Avropa İttifaqının (Aİ) enerji daşıyıcıları idxalından asılılığının azalmasına kömək etməlidir.
Dəstək 20 il ərzində qüvvədə olacaq qiymət fərqi üzrə ikitərəfli müqavilələr vasitəsilə təmin ediləcək. Əgər elektrik enerjisinin bazar qiyməti müqavilədə müəyyən edilmiş qiymətdən aşağı olarsa, dövlət fərqi istehsalçıya kompensasiya edəcək. Bazar qiymətinin yüksək olduğu təqdirdə isə şirkətlər fərqi dövlətə qaytaracaqlar.
Avropa Komissiyasından qeyd edilib ki, elektrik enerjisinin bazar qiymətləri proqnozlaşdırılandan yüksək olarsa, faktiki büdcə xərcləri elan edilmiş 23 milyard avrodan əhəmiyyətli dərəcədə aşağı ola bilər.
Oxşar xəbərlər
ARDNF İtaliyada "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ini alacaq
Latviyada 2050-ci ilə qədər enerji istehlakı strategiyası təsdiqlənib
Gürcüstan BOEM-ə sərmayə yatırılması prosedurlarını sadələşdirib
BMT: Alternativ enerji mənbələri getdikcə ucuzlaşacaq
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
