Fransa parlamentində Korsika ilə bağlı qanun layihəsi səsverməyə çıxarılacaq
İyunun 2-də Fransa hökuməti tərəfindən hazırlanmış “Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi” adlı qanun layihəsi Fransa Milli Assambleyasının iclaslarında müzakirəyə çıxarılıb, iyunun 3-də isə Hüquq Komissiyası tərəfindən qəbul edilib.
Sizinxeber.az xəbər verir ki, layihənin əsas məqsədi kimi uzun illər Korsika tərəfindən tələb olunan iqtisadi, sosial, mədəni və inzibati maraqların nəzərə alınmasıdır.
Beləliklə, konstitusiyaya əlavə olunacaq yeni maddəyə görə, Korsikaya Fransa daxilində özünüidarəetmə hüququ verməklə yanaşı adanın özünəməxsus xüsusiyyətlərinin, tarixi, mədəni və dil irsinin tanınmasını nəzərdə tutulur. Bu hüquq çərçivəsində Fransanın əsas prinsiplərinə və beynəlxalq hüquqa uyğun olmaq şərti ilə Korsika müəyyən qanunları və qaydaları öz ərazisində uyğunlaşdırmaq və yeni normativ aktlar qəbul etmək səlahiyyətinə malik olacaq.
Qəbul edilmiş dəyişikliklər arasında Korsika xalqına dair istinad da yer alır ki, bu, adanın tarixi, mədəni və coğrafi xüsusiyyətlərinin daha aydın ifadə olunmasına xidmət edir. Bununla yanaşı, Korsika adasında yerləşən xüsusi inzibati və yerli idarəetmə orqanı olan Korsika Birliyinin (Collectivité de Corse) səlahiyyət dairəsi dəqiqləşdirilmiş, gələcək qanun layihələrinin hazırlanması prosesində yerli seçicilərin rəyinin öyrənilməsi öhdəliyi müəyyən edilib. Birliyin səlahiyyətlərinə daxil olmayan sahələrdə isə dövlətin əsas səlahiyyətləri qüvvədə saxlanılıb.
Sağçı Respublikaçılar partiyası bu muxtariyyət hüququ ideyasına tamamilə qarşı çıxır və ölkənin vahidliyinin qorunmasını tələb edir. Solçu liberal partiyalar və Korsika nümayəndələri özünüidarəetmənin həyata keçirilməsini dəstəkləyir.
Layihənin iyunun 24-də Milli Assambleyada səsverməyə çıxarılması və onun gələcək hüquqi taleyinin həmin səsvermənin nəticələrindən asılı olaraq müəyyənləşdirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı konfrans keçiriləcək
Romada BTQ-nin təşəbbüsü ilə Korsikaya həsr olunmuş konfrans keçiriləcək
Fransa Korsikada əməliyyat keçirirb, saxlanılanların başına torpa keçirib Parisa aparır
Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək
MM-in Korsika Xalqına Dəstək Qrupu: Fransa sülh gündəliyindən kənarda qalmasını həzm edə bilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
