Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib


Azərbaycan və Danimarka arasında səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı imkanları müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Danimarkanın Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və "Novo Nordisk Azərbaycan" əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşdə baş tutub.

"Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq. "Novo Nordisk Azərbaycan" şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və Pakistan biznes tərəfdaşlığını şaxələndirməyi müzakirə edib
"Az Çəki, Çox Həyat": Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib
Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər