Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
Gürcüstan və Azərbaycan arasında münasibətlər dostluq və uzunmüddətli əməkdaşlıq əsasında uğurla inkişaf edir.
“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkənin parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bildirilib.
Ş.Papuaşvili bəyan edib ki, Gürcüstanın Azərbaycanla dostluğu uzunmüddətli və uğurludur.
Tərəflər ölkələrinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi xüsusi vurğulayıblar.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin artan geosiyasi və geoiqtisadi əhəmiyyəti, eləcə də strateji nəqliyyat və enerji layihələrinin geniş potensialını müzakirə ediblər.
Görüşdə Cənubi Qafqaz və daha geniş regiondakı proseslərə də toxunulub. Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə edilib, regional sabitlik və davamlı sülhün əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov və Şalva Papuaşvili Azərbaycan-Gürcüstan tərəfdaşlığını müzakirə ediblər
Gürcüstan və Özbəkistan Orta Dəhliz üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Gürcüstan və Ermənistan parlament spikerləri regional əməkdaşlığı müzakirə edib
Şalva Papuaşvili: Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













