XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
sizinxeber.az xəbər saytı

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır


Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
XİN Azovda vurulan gəmilərdə həlak olan və yaralanan azərbaycanlıların sayını yeniləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər