Su polisi Qəbələ və Lənkəranda çayların məcralarına qanunsuz müdaxilə halları aşkar edib
sizinxeber.az xəbər saytı

Su polisi Qəbələ və Lənkəranda çayların məcralarına qanunsuz müdaxilə halları aşkar edib


Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirib.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.

Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.

Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər həyata keçirilib.

Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun zəruri hüquqi məsuliyyət tədbirləri görülür.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Çayların mühafizə zolaqlarına müdaxilə hallarına qarşı tədbirlər keçirilib
Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib
Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul şübhəli bilinən şəxs müəyyən olunub
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər