FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
sizinxeber.az xəbər saytı

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı


Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la “FIFA 2026 Final Oyunu” kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.

Şanslı iştirakçı FIFA 2026 final oyununa 2 nəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı transferləri, oyun və tədbirlərə nəqliyyat xidməti daxildir. Beləliklə, o, dünya futbolunun ən möhtəşəm anlarından birini rahat və unudulmaz şəkildə yaşamaq fürsəti qazanıb.

Təşkil olunan mükafatlandırma mərasimində hədiyyə rəsmi olaraq qalibə təqdim olunub. Tədbirdə Birbank və Visa nümayəndələri iştirak ediblər.

Mükafatın sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir. Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri olacaq".

Xatırladaq ki, kampaniya şərtlərinə əsasən qalib yeni Birbank Visa taksit kartı əldə edən və Birmarket platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.

Lotereyanın qalibi haqqında məlumat: www.b-b.az/xfhwdL

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – "Birbank" və "Visa"nın kampaniyası yekunlaşdı
“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər