“Tasnim”: İran uzunmüddətli müharibəyə hazırlaşır
sizinxeber.az xəbər saytı

“Tasnim”: İran uzunmüddətli müharibəyə hazırlaşır


İran İsraillə uzunmüddətli müharibəyə və ABŞ-ın maraqlarına zərbə vurmağa hazırdır.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İsraillə uzunmüddətli müharibəyə və ABŞ-ın maraqlarına zərbə vurmağa tam şəkildə hazırlıqlıdır, bununla bağlı kifayət qədər zəruri tədbirlər görülüb.

Mənbə qeyd edib ki, İsrail və Amerika “nəzarət olunan gərginlik” vasitəsilə İranı və “Müqavimət cəbhəsi”ni proqnozlaşdırıla bilən vəziyyətə sala və ya İranın cavabını məhdudlaşdıra biləcəklərini düşünürsə, böyük səhv edir.

Hərbi mənbə vurğulayıb ki, qarşıdakı günlər İsrail və ABŞ-ın hesablamalarının hər zaman olduğu kimi, səhv olduğunu göstərəcək.

Mənbə həmçinin deyib ki, İran “Müqavimət cəbhəsi”ndəki dostlarını heç vaxt tək qoymur.

Mənbə əlavə edib ki, “ABŞ bu məsələdə ağır bədəl ödəyəcək və İsrail cəbhəsinin ABŞ-dan ayrı olduğu barədə səhnələşdirilən görüntülər yalnız təbliğat xarakteri daşıyır, İran ABŞ-a belə bir imkan verməyəcək”.

Oxşar xəbərlər

"Tasnim": İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır
“Tasnim”: İran İsrailin Livana hücumlarına görə ABŞ-la danışıqları dayandırıb, Tehran Hörmüz boğazını tam bağlamaqla hədələyib
“Tasnim”: İran İsrailin Livana hücumlarına görə ABŞ-la danışıqları dayandırıb, Hörmüz boğazını tam bağlamaq qərarı verilib
SEPAH: İran istənilən səviyyədə müharibəyə hazırdır
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər