Qazaxıstanda süni intellektə vəzifə verilib
Qazaxıstanın Süni intellekt Fondunun İdarə Heyəti (İH) üzvlərindən biri elə süni intellektdir.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Dövlət Texniki Xidmətinin sədrinin I müavini, Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri Ulıkbek Şambulov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti üç il ərzində tam rəqəmsal ölkəyə çevrilmək üçün təşəbbüs irəli sürüb: "Qazaxıstanda biz bu yaxınlarda referendum keçirdik və indi yeni konstitusiyamız var. Sənəddə fərdi məlumatların qorunmasına həsr olunmuş maddəni var ki, bu da onu konstitusiya səviyyəsində öhdəlik edir və bu, bizim üçün son dərəcə vacibdir. Bizdə ayrıca Süni İntellekt Nazirliyi və suveren fond var. "KazMunayQaz" və "KazakhTelecom" kimi bütün milli şirkətlərimiz bu suveren fondun altındadır və İH üzvlərindən biri süni intellektdir".
Qonaq əlavə edib ki, Qazaxıstan üçün süni intellekt üzrə kibertəhlükəsizlik vacibdir: "Biz həmin süni intellekt İH üzvündə bəzi zəiflikləri aşkar etmişik ki, bu da süni intellekt kibertəhlükəsizliyini çox ciddi qəbul etdiyimizi nümayiş etdirir. Qazaxıstan həmçinin süni intellekt təhsilində əhəmiyyətli addımlar atır. Bu yaxınlarda prezidentimiz bütün orta məktəblərin süni intellekti tədrisə daxil etməsini əmr edən yeni fərman imzalayıb. Bu, yaşadığımız reallıqdır və süni intellektin kibertəhlükəsizliyini kritik dərəcədə vacib edir. Komandamız üçün mən süni intellektlə bağlı bütün zəiflikləri və riskləri anlamaq məqsədi qoymuşam. İnanıram ki, biz bu sahədə əməkdaşlıq edə bilərik, çünki artıq süni intellektin təhlükəli və yaxud riskli ola biləcəyi bir çox sahəni görürük".
Oxşar xəbərlər
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Oljas Bektenov: "Süni intellektin tətbiqi Qazaxıstanda ÜDM-in illik 2-3 % artımını təmin edəcək"
Şavkat Mirziyoyev ADB çərçivəsində süni intellekt üzrə xüsusi proqram yaradılmasını irəli sürüb
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
