FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – "Birbank" və "Visa"nın kampaniyası yekunlaşdı
Ölkənin ilk rəqəmsal bankı "Birbank" və "Visa" şirkətinin birgə həyata keçirdiyi "Birbank"la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb.
Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.
Şanslı iştirakçı FIFA 2026 final oyununa 2 nəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı transferləri, oyun və tədbirlərə nəqliyyat xidməti daxildir. Beləliklə, o, dünya futbolunun ən möhtəşəm anlarından birini rahat və unudulmaz şəkildə yaşamaq fürsəti qazanıb.
Təşkil olunan mükafatlandırma mərasimində hədiyyə rəsmi olaraq qalibə təqdim olunub. Tədbirdə "Birbank" və "Visa" nümayəndələri iştirak ediblər.
Mükafatın sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir. Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri olacaq".
Xatırladaq ki, kampaniya şərtlərinə əsasən qalib yeni Birbank Visa taksit kartı əldə edən və "Birmarket" platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.
Lotereyanın qalibi haqqında məlumat: www.b-b.az/xfhwdL
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Birbank və AZAL-dan sərhədsiz səyahət imkanı
“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir
FİFA İrana dünya çempionatında iştirak üçün zəmanət vermək niyyətindədir
Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
