Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasının İslamabad şəhərində təşkil olunmuş “Advanced Treaty Practice: From Signature to Domestic Law” (“Müqavilə təcrübəsinin təkmilləşdirilməsi: imzalanmadan milli qanunvericiliyə qədər”) adlı beynəlxalq təlim proqramında iştirak edib.
Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi, Qanunvericilik baş idarəsi, Penitensiar xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsindən ümumilikdə 10 əməkdaş təmsil olunub.
Təlimdə Azərbaycanla yanaşı, Çin, Banqladeş, Pakistan və Türkiyədən olan nümayəndələr iştirak ediblər.
Məlumata görə, tədbir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın həyata keçirilməsi ilə bağlı razılıq ədliyyə naziri Fərid Əhmədovun 14-15 may tarixlərində Pakistana səfəri çərçivəsində əldə edilib. Təşəbbüs iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etməklə yanaşı, çoxtərəfli peşəkar əməkdaşlıq platformasının formalaşmasına da mühüm töhfə verib.
Qeyd edilib ki, dörd gün davam edən təlim proqramı çərçivəsində Pakistanın ekspert və mütəxəssisləri tərəfindən beynəlxalq müqavilələrin hazırlanması və bağlanılması prosedurları, müqavilə danışıqlarının aparılması, sənədlərin tərtibi, onlara dəyişikliklərin edilməsi, ləğvi, icrası, monitorinqi və milli qanunvericiliyə implementasiyası mövzularında mühazirələr, praktiki məşğələlər və simulyasiya sessiyaları keçirilib.
"Səfər çərçivəsində nümayəndə heyəti Pakistan İslam Respublikasının Ali Məhkəməsini və Parlamentini ziyarət edib, həmin qurumların rəhbər şəxsləri ilə görüşlər keçirib. Təlim proqramının bağlanış mərasimi Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyində baş tutub. Mərasimdə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, hüquq və ədliyyə naziri Azam Nazir Tarar, həmçinin iştirakçı dövlətlərin diplomatik nümayəndəliklərinin və hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı iştirakçılara sertifikatlar təqdim olunub",- məlumatda bildirilib.
Oxşar xəbərlər
Azərbaycanla Pakistan arasında hüquq və ədliyyə sahəsində Əməkdaşlıq Memorandumu təsdiqlənib
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşüb
Pakistanın hüquq və ədliyyə naziri Azərbaycana səfər edib
İlham Əliyev Pakistanın Hüquq və Ədliyyə Nazirliyi ilə Əməkdaşlıq Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb
Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
