Andrey Plenkoviç: Qərbi Balkan ölkələrinin gələcəyi Aİ daxilindədir
Qərbi Balkan ölkələri Avropa İttifaqının (Aİ) gündəmində əsas prioritet olaraq qalır və onların gələcəyi Aİ daxilindədir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqroda səfərdə olan Xorvatiyanın Baş naziri Andrey Plenkoviç deyib.
O, Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasında iyunun 5-də Tivatda strateji siyasi dialoqun aparılmasının regiona güclü siyasi mesaj verdiyini vurğulayıb:
"Biz genişlənmənin transformasiyaedici gücünün həm region, həm də bütövlükdə Aİ üçün sülh, sabitlik, təhlükəsizlik və rifaha investisiya olduğuna inanmağa davam edirik. Bosniya və Herseqovina üçün aydın Avropa perspektivinin təmin edilməsi bizim üçün xüsusilə vacibdir".
Baş nazir həmçinin Cənub-Şərqi Avropada "Evindəki kimi rouminq" (Roam Like at Home) zonasının genişləndirilməsi istiqamətində əldə olunan irəliləyişi də alqışladıqlarını diqqətə çatdırıb:
"Bu, insanlara tam üzvlükdən əvvəl belə, Avropa inteqrasiyasının real faydalarını yaşamaq imkanı yaradır".
Oxşar xəbərlər
Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Fon der Lyayen: Aİ-Qərbi Balkan sammiti Avropa tarixinin növbəti səhifəsinə həsr olunub
Monteneqroda Aİ-Qərbi Balkan Sammiti ərəfəsində mədəni proqramlar təşkil olunub
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Xorvatiyanın Baş naziri: "Orta Dəhliz Avropa ilə Asiyanın əlaqələrin gücləndirilməsində vacibdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
