"Alper Özel: "Orta Dəhlizdə Azərbaycan və Türkiyənin üzərinə böyük vəzifə düşür"
sizinxeber.az xəbər saytı

"Alper Özel: "Orta Dəhlizdə Azərbaycan və Türkiyənin üzərinə böyük vəzifə düşür"


Orta Dəhliz layihəsində Azərbaycan və Türkiyənin üzərinə böyük vəzifə düşür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının baş icraçı direktoru Alper Özel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda son dövrdə ən çox müzakirə olunan mövzu Orta Dəhlizdir: "Bu mənada xüsusilə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında nəqliyyat, ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan isə Orta Dəhlizdə ən vacib ölkələrdir. Türkiyə Avropa İttifaqına giriş qapısı, Azərbaycan isə Xəzər dənizi hövzəsində vacib ölkə kimi qəbul edilir".

O əlavə edib ki, Orta Dəhliz layihəsində Azərbaycanın üzərinə düşən yük Türkiyədən bir az daha çoxdur: "Çünki bütün yüklər Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gəlir və oradan konsolidə edilir. Dolayısı ilə Azərbaycanın bu mövzuda səyləri bizlər üçün çox önəmlidir".

Oxşar xəbərlər

Ştaynmayer: Almaniya Orta Dəhliz layihəsinə böyük əhəmiyyət verir
İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
ADY: Məhdudlaşdırıcı amillər Orta Dəhlizdə ən aktual mövzulardan biridir
OSJD prezidenti: "Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır" - EKSKLÜZİV
Çindən Avropaya gedən 20 000-ci qatar Orta Dəhliz vasitəsilə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər