İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb
İsveç prokurorluğu Stokholmda Quranın yandırılması aksiyalarından sonra iki nəfəri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İsveç prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün prokuror 2023-cü ilin yayında Stokholmun müxtəlif yerlərində Quranın yandırıldığı dörd hadisədən sonra 38 və 49 yaşlı şəxsləri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib”, - məlumatda bildirilib.
Xatırladaq ki, ötən ilin iyun və avqust aylarında ölkədə Quranın yandırılması ilə bağlı dörd aksiya keçirilib, onlardan biri də Stokholmun mərkəzindəki məscidin qarşısında Qurban bayramının qeyd edilməsi zamanı təşkil edilib.
Oxşar xəbərlər
Britaniyada iğtişaşların 100-ə yaxın iştirakçısına qarşı ittiham irəli sürülüb
ABŞ-da yeniyetmə dörd nəfəri güllələyərək öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
