Laçında növbəti əmək yarmarkası keçirilib – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Laçında növbəti əmək yarmarkası keçirilib – YENİLƏNİB


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.

"Report" xəbər verir ki, aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunub.

Yarmarkada minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

Bu barədə "Report"a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Aktiv məşğulluq tədbiri iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Oxşar xəbərlər

Laçında növbəti əmək yarmarkası keçiriləcək
Zəngilanda növbəti əmək yarmarkası keçirilib
Horovlu kəndində yenidən əmək yarmarkası keçiriləcək
Xankəndidə növbəti əmək yarmarkası keçirilib
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər