IsDB: Süni intellekt və rəqəmsal texnologiyalar audit sahəsində daha geniş tətbiq olunacaq
sizinxeber.az xəbər saytı

IsDB: Süni intellekt və rəqəmsal texnologiyalar audit sahəsində daha geniş tətbiq olunacaq


Süni intellekt, data analitikası və rəqəmsal texnologiyalar audit, risklərin idarə edilməsi və maliyyə nəzarəti sahələrində gələcəkdə daha əhatəli şəkildə istifadə olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun maliyyə direktoru Abdourabbih Abdous Bankın 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycanın Hesablama Palatasının təşkilatçılığı ilə keçirilən "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" adlı tədbirdə bildirib.

O qeyd edib ki, texnologiyaların inkişaf tempi son illərdə xeyli yüksəlib və xüsusən böyük dil modellərinin (LLM) inkişafı yeni perspektivlər açıb.

"Biz texnologiya, süni intellekt və data analitikası sahəsində sürətli transformasiyaların şahidiyik. Bu imkanlardan qurumlarımızın işinin yaxşılaşdırılması və prosedurların optimallaşdırılması məqsədilə yararlanmalıyıq. Süni intellekt müxtəlif informasiya mənbələri arasında korrelyasiyalar yaratmağa, həm açıq, həm də daxili dataları analiz edərək əhəmiyyətli nəticələr əldə etməyə şərait yaradır", - A. Abdous bildirib.

Bundan əlavə, o, süni intellekt texnologiyalarının özlərinin də nəzarət mexanizmlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb. "AI sistemlərinin hansı prinsiplərlə fəaliyyət göstərdiyi, hansı məqsədlər üçün proqramlaşdırıldığı və necə idarə edildiyi də mühüm məsələdir. Gələcəkdə süni intellektin digər AI sistemlərini dəyərləndirmək üçün tətbiq olunması ehtimalı mövcuddur", - deyə o ifadə edib.

Oxşar xəbərlər

Özbəkistan Hesablama Palatası 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq edəcək
IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
Muhammad Usman: "Ali audit qurumları texnoloji dəyişikliklərlə ayaqlaşmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər