Britaniyada iğtişaşların 100-ə yaxın iştirakçısına qarşı ittiham irəli sürülüb
Böyük Britaniyanın Kral Prokurorluq xidməti (“Tac Prosecution Service, CPS”) Birləşmiş Krallıqda bir həftədir dayanmayan iğtişaşların 100-ə yaxın iştirakçısına qarşı ittiham irəli sürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə prokurorluğun “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
"Komandalarımız polislə birlikdə gecə-gündüz çalışırlar ki, mümkün qədər tez ittiham irəli sürsünlər və ədalətin bərqərar olmasını təmin etsinlər. İndiyə qədər 100-ə yaxın şəxsə qarşı ittiham irəli sürmüşük", - məlumatda qeyd olunub.
Etirazlar iyulun 29-da 17 yaşlı Akselruda Kubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərində baş vermiş qanlı hadisə fonunda keçirilir. Etiraz aksiyaları zamanı ölkə daxilində 400-dən çox insan saxlanılıb, hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı xəsarət alıb, bir neçə mağaza, polis bölməsi və avtomobil yandırılıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
