Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.
Agentlikdən "Sizinxeber.az"a verilən məlumata görə, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili" ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından isə son təyinatadək kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.
Cəlal Bayramov ali təhsilini Gəncə Dövlət Universitetində "Biologiya müəllimliyi" ixtisası üzrə alıb. Pedaqoji fəaliyyəti dövründə Ağsu, Şəki və Oğuz rayonlarının müxtəlif kənd məktəblərində biologiya müəllimi kimi çalışıb. 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib. O, təhsilin idarə olunması sahəsində bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib, o cümlədən ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramını uğurla başa vurub. Cəlal Bayramov, həmçinin 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "İlin peşəkar gənci" döş nişanı və fəxri diplomu ilə təltif olunub. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə də təltif edilib.
Oxşar xəbərlər
Regional kollecdə yeni təyinatlar olub
Kolleclərə direktor müavinləri təyin olunub
BDU-nun baş müəllimi vəfat edib
Bir neçə kollecə təyinat olub
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
