ABŞ və İran arasında bu günə planlaşdırılan danışıqlar ləğv edilib
sizinxeber.az xəbər saytı

ABŞ və İran arasında bu günə planlaşdırılan danışıqlar ləğv edilib


İyunun 19-na İsveçrənin Bürqenştok dağ kurortunda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.

Bəyanat, gecə Ağ Ev nümayəndəsinin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin iranlı müzakirəçilərlə görüşmək üçün bu günə planlaşdırılan İsveçrə səfərini ləğv etdiyini bildirməsindən sonra verilib. Görüşün məqsədi Tehran və Vaşinqton arasında müharibənin dayandırılması barədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə danışıqlara başlamaq idi.

"Axios"un məlumatına görə, Vaşinqtonun Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.

Oxşar xəbərlər

"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
Sabaha planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq
Oman XİN: ABŞ-İran danışıqları logistik səbəblərə görə təxirə salınıb
NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb
"Al Jazeera": Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər