AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
sizinxeber.az xəbər saytı

AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub


Azərbaycan Hava Yollarının 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

AZAL-dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda deyilir.

Oxşar xəbərlər

Bakı–Naxçıvan aviareysi ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları yenidən təxirə salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər