Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin nəticələrinə əsasən, Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova AmCham Azərbaycan-ın yeni İdarə Heyətinin üzvü seçilib.
Bankçılıq və maliyyə sahəsində 20 ildən artıq zəngin təcrübəyə malik olan Günay Cəlilova hazırda Yelo Bank-da Pərakəndə bankçılıq, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi və Avtomatizasiya istiqamətlərinə rəhbərlik edir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və kredit" ixtisası üzrə magistr və Böyük Britaniyanın "Warwick" Biznes Məktəbinin "Executive MBA" dərəcələrinə sahibdir.
G. Cəlilova buna qədər 2022-ci ildən Palatanın Bank, Maliyyə və Sığorta Komitəsinin rəhbər müavini, 2024-cü ildən isə müvafiq komitənin rəhbəri kimi ölkəmizin maliyyə sektorunun inkişafına və üzvlərin maraqlarının müdafiəsinə töhfə verən mühüm layihələr həyata keçirib.
1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 280-dan çox şirkəti birləşdirən və ölkədə biznes mühitinin gücləndirilməsinə töhfə verən aparıcı biznes assosiasiyasıdır.
Oxşar xəbərlər
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Yelo Bank-ın dəstəyi ilə "Green Finance Conference" keçirilib - FOTO
Expressbankın İdarə Heyətinə yeni təyinat olub
Mərkəzi Bank “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirəcək
Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
