DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
"Bu gün valideynlərin böyük bir qismi hesab edir ki, təkcə məktəb təhsili ilə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından uğurla keçmək mümkün deyil. Bu yanaşmanın formalaşmasında valideynlərin övladlarının təhsilinə kifayət qədər vaxt ayırmaması da rol oynayır".
"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.
DİM sədri bildirib ki, hazırda repetitorlara müraciət təkcə ali məktəbə qəbul məqsədilə deyil, hətta birinci sinfə hazırlıq mərhələsində də geniş yayılıb:
"Əslində uşağın birinci sinfə hazırlığı üçün valideyn onunla vaxt keçirməli, kitab oxumalı, nağıl danışmalı və erkən yaşlardan inkişafına diqqət yetirməlidir. Bu isə zaman, səbir və diqqət tələb edir. Uşaq sadəcə qayğı göstərilən bir obyekt deyil, formalaşdırılması vacib olan şəxsiyyətdir".
O qeyd edib ki, müasir dövrdə uşaqlarda məsuliyyət hissinin, vaxtdan səmərəli istifadə bacarığının formalaşdırılması əvvəlki dövrlərlə müqayisədə daha çətindir:
"Əyləncə imkanlarının çoxalması bu prosesi mürəkkəbləşdirir. Bununla belə, valideyn övladının maraq və bacarıqlarının inkişafında birbaşa iştirak etməli, onunla daim ünsiyyətdə olmalıdır".
Onun sözlərinə görə, uşağın xoşbəxt və sağlam şəxsiyyət kimi formalaşması qəbul imtahanında əldə etdiyi nəticədən daha vacibdir:
"Valideyn sevgisini, diqqətini və vaxtını övladından əsirgəmirsə, həmin uşaq xoşbəxt insan kimi böyüyəcək. Bir il tez və ya gec ali məktəbə qəbul olunması əsas məsələ deyil".
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən hazırlanan metodiki vəsaitlər, model testlər və digər tədris materialları qəbul imtahanlarına hazırlaşmaq üçün kifayət edir:
"Müvafiq kitablar, materiallar və model testlərlə təmin olunan şagirdlər qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Hər il yüzlərlə abituriyent məhz bu vasitələrlə hazırlaşaraq ali təhsil müəssisələrinə qəbul olunur. Bu cür uğurlu nəticələr təkcə böyük şəhərlərdə deyil, müxtəlif rayon və qəsəbələrdə də müşahidə edilir".
Oxşar xəbərlər
Məleykə Abbaszadə: Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur
DİM sədri: Bu həftəsonu keçiriləcək imtahanlarda ötən illə müqayisədə təqribən 7 min çox iştirakçı var
Məleykə Abbaszadə "Baku TV"nin suallarını cavablandırır - YENİLƏNİB
DİM sədri: Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
