Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır


Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılov xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunur.

Sizinxeber.az xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası 29 iyuna təyin edilib.

Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Naxçıvan Qaz İstismar Xidmətinin rəisi işdən çıxarılıb
Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır
Şərurun sabiq hərbi komissarının məhkəməsi başlayıb
Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkara hökm oxunub
MN-də 143 milyonluq mənimsəməyə görə tutulan xidmət rəisinin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər