Ukrayna Orenburqdakı qaz emalı və helium zavodlarına zərbələr endirib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna Orenburqdakı qaz emalı və helium zavodlarına zərbələr endirib - YENİLƏNİB


Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Orenburq vilayətindəki qaz emalı və helium zavodlarına zərbələr endirdiyini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Telegram" kanalındakı məlumatında bildirilib.

Məlumata görə, zərbə iyunun 24-nə keçən gecə endirilib. Qeyd olunub ki, təmas xəttindən hədəflərə qədər olan məsafə 1 200 km-dən çox təşkil edib.

Ukrayna hərbçilərinin məlumatına görə, müəssisələrin ərazisində yanğın baş verib. Mümkün zərərin miqyası dəqiqləşdirilir.

Orenburq qaz emalı zavodu dünyanın ən böyük qaz-kimya komplekslərindən biridir. O, 1974-cü ildə istismara verilib və xarici mütəxəssislərin iştirakı ilə tikilib. Müəssisənin gücü ildə 45 milyard kubmetr qaz təşkil edir; "Qazprom" şirkəti tərəfindən emal edilən bütün qazın təxminən 60 %-i bu zavodun payına düşür.

Bundan əlavə, Ukrayna tərəfi Belqorod vilayətinin Alekseyevka rayonunda FPV-dron anbarının, həmçinin Zaporojye, Kursk və Belqorod vilayətlərində Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin vurulduğunu açıqlayıb.

Həmçinin, iyunun 23-də Qara dənizin şimal-qərb hissəsində iki dəniz pilotsuz katerinin məhv edildiyi təsdiqlənib.

Bundan başqa, Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Vladimir vilayətindəki "Vladimir" kosmik rabitə mərkəzinin ərazisində iki bina zədələnib, bundan sonra obyektdə yanğın baş verib.

Ukrayna Rusiyanın Orenburq vilayətindəki qaz sənayesi obyektinə dron ilə zərbə endirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Exilenova+" teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, müəssisənin ərazisində bir neçə yanğın qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, ən azı üç pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Hücum fonunda Orenburq hava limanı hava gəmilərinin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Oxşar məhdudiyyətlər Orsk və Yasnıda tətbiq edilib, orada da təhlükəsizlik mülahizələrinə görə hava əlaqəsi dayandırılıb.

Orenburq vilayəti qubernatorunun sözlərinə görə, vilayət mərkəzindəki sənaye müəssisəsinin üzərində bir neçə PUA vurulub. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisə yerində təcili xidmətlər çalışır.

Daha əvvəl Ukrayna ölkə sərhədindən 1,5 min km-dən çox məsafədə yerləşən Orenburq vilayətindəki qaz sənayesi obyektlərinə zərbələr endirmişdi.

Oxşar xəbərlər

Ukrayna ordusu Tatarıstanda iki neft emalı zavoduna zərbələr endirib
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Ukrayna Rusiyadakı “MiQ” zavoduna və raket istehsalı müəssisəsinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər