MMA idmançısı Şarabutdin Maqomedov: "Bakıda möhtəşəm döyüş göstərmək istəyirəm"
sizinxeber.az xəbər saytı

MMA idmançısı Şarabutdin Maqomedov: "Bakıda möhtəşəm döyüş göstərmək istəyirəm"


Rusiyadan olan MMA idmançısı Şarabutdin Maqomedov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində möhtəşəm çıxış etmək istəyir.

"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.

Braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək döyüşçü rəqibinin onun haqqında fikirlərinə münasibət bildirib:

"Onun məni qiymətləndirməməsinə görə çox sevinirəm. Möhtəşəm döyüş göstərmək və savaşmaq istəyirəm. Mən döyüşçüyəm, o isə aktyordur".

Ş.Maqomedog karyerasında ilk dəfədir ki, qızları ilə yarışa gəldiyini deyib:

"Amma onlar zalda olmayacaqlar, məni televiziyadan izləyəcəklər".

İdmançı futbolu da sevdiyini sözlərinə əlavə edib:

"Mənim ilk idman növüm futbol idi. Futbolçu olmağı arzulamışam. Hazırda öz işimə yönləndiyim üçün bu idman növünü elə də izləyə bilmirəm".

Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Oxşar xəbərlər

Braziliyalı idmançı Mişel Pereyra: "Şarabutdin Maqomedovla mübarizəmiz maraqlı olacaq"
Mateus Kamilo Bakıda Nazim Sadıxova nokautla qalib gəlmək istəyir
Manuel Torres: "Fiziyevə qarşı öz döyüş üslubumdan istifadə edəcəyəm"
Dana Uayt azarkeşləri "UFC Fight Night Baku" turnirini izləməyə dəvət edib
Tahir Abdullayev: "Braziliyalı rəqibimin güləşdə məndən güclü olduğunu düşünmürəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər