Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Orenburq vilayətində yerləşən “Orenburq” Qaz Emalı Zavoduna və ölkənin yeganə helium zavoduna zərbələr endirib, “Vladimir” kosmik rabitə mərkəzini zədələyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, iyunun 24-nə keçən gecə həyata keçirilən əməliyyat zamanı cəbhə xəttindən 1200 kilometrdən çox məsafədə yerləşən zavodlar hədəfə alınıb. Zavodların ərazisində yanğın qeydə alındığı, dəymiş ziyanın miqyasının isə araşdırıldığı bildirilib.
Ukrayna tərəfi qeyd edib ki, “Orenburq” Qaz Emalı Zavodu və “Orenburq” Helium Zavodu vahid sənaye kompleksinin tərkib hissələridir. Qaz emalı müəssisəsində təmizlənmiş təbii qaz və kükürd istehsal olunur, helium zavodunda isə qazın dərin soyudulması yolu ilə helium və etan ayrılır. Bu məhsulların raket sənayesi, hərbi texnologiyalar və xüsusi materialların istehsalında istifadə olunduğu vurğulanıb.
Eyni zamanda Rusiyanın Vladimir vilayətində yerləşən “Vladimir” kosmik rabitə mərkəzinin ərazisində iki binanın zədələndiyi və sonradan yanğın baş verdiyi bildirilib.
Ukrayna hərbi dairələrinin məlumatına görə, mərkəz peyk və uzaq kosmik rabitə sistemlərinin fəaliyyətini təmin edir və bu imkanlardan Rusiya təhlükəsizlik strukturları da istifadə edir.
Açıqlamada həmçinin Rusiyanın Belqorod vilayətinin Alekseyevka yaşayış məntəqəsi yaxınlığında FPV tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın vurulduğu qeyd olunub.
Bundan başqa Donetsk vilayətinin Çasov Yar, Zaporojye vilayətinin Basan və Qrozovoye, Kursk vilayətinin Tyotkino və Popovo-Lejaçi, eləcə də Belqorod vilayətinin Juravlyovka yaşayış məntəqələri yaxınlığında pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirildiyi vurğulanıb.
Ukrayna tərəfi iyunun 23-də Qara dənizin şimal-qərb hissəsində Rusiyaya məxsus iki pilotsuz dəniz katerinin məhv edilməsinin də təsdiqləndiyini açıqlayıb.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın raket üçün helium qazı istehsal edən yeganə zavodunu vurub
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib - VİDEO
Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
