Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
sizinxeber.az xəbər saytı

Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir


İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir ki, bu da Moskva üçün vacibdir, çünki Rusiya və Ermənistan qardaş ölkələrdir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Görürük ki, Ermənistan və onun rəhbərliyi hazırda yol ayrıcındadır. Ermənistan rəhbərliyi qarşıdakı inkişaf yolunun seçimindən danışır. Bu, bizim üçün vacibdir, çünki Rusiya və Ermənistan qonşu, qardaş ölkələrdir”, - Kremlin sözçüsü qeyd edib.

Peskov Rusiyanın sonda Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid etdiyini vurğulayıb: “Rusiya ümid edir ki, Yerevan sonda Avrasiya İqtisadi İttifaqını seçəcək, çünki bu inteqrasiya prosesi Ermənistanın Aİ-yə potensial üzvlüyündən xeyli faydalıdır. Biz əminik ki, bu inteqrasiya prosesi, yəni Aİİ hər il Ermənistan ÜDM-nin artımına əhəmiyyətli dərəcədə töhfə verir. Əminik ki, bütün keyfiyyət xüsusiyyətlərinə görə inteqrasiya prosesimiz digər alternativləri xeyli üstələyir. Ümid edirik ki, ilk növbədə, Ermənistan xalqı və hazırkı Ermənistan rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni nəticəyə gələcəklər”.

Oxşar xəbərlər

Peskov: Ermənilər özləri hansı birliyə qoşulacaqlarına qərar verməlidirlər
Overçuk: Ermənistan Avrasiya İqtisadi İttifaqı və Aİ arasında seçim etməli olacaq
Peskov: Putin Paşinyanla Ermənistanın KTMT çərçivəsində işini müzakirə etməyib
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər