Bakıda və rayonlarda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq.
Oxşar xəbərlər
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək
Bazar günü yağış yağacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Sabah şimşək çaxacaq, dağlıq rayonlarda qar yağacaq
Azərbaycanda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
