BDU qida kimyası üzrə mütəxəssis hazırlığına başlayır
sizinxeber.az xəbər saytı

BDU qida kimyası üzrə mütəxəssis hazırlığına başlayır


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 2026/2027-ci tədris ilində lk dəfə magistratura səviyyəsində "Qida kimyası" ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

"Qida kimyası" ixtisaslaşması qida məhsullarının kimyəvi tərkibinin öyrənilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, saxlanması və emalı zamanı baş verən kimyəvi proseslərin araşdırılması, qida əlavələrinin tədqiqi sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədris proqramı çərçivəsində tələbələr qida məhsullarının kimyəvi tərkibinin təhlili, emalı və saxlanması zamanı baş verən kimyəvi dəyişikliklər, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri, qida əlavələri və çirkləndiricilərin müəyyənləşdirilməsi, müasir analitik cihaz və laboratoriya metodları, beynəlxalq qida standartları və normativ tələblər üzrə nəzəri və praktik biliklər əldə edəcəklər.

Təhsil müddətində tələbələr müasir laboratoriyalarda praktiki bacarıqlar qazanacaq, qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tətbiqi layihələrdə iştirak edəcəklər.

Oxşar xəbərlər

Bakıda Qida Sistemləri üzrə Fəaliyyətə Çağırış imzalanıb
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Qida məhsulları laboratoriyada necə analiz olunur? - "Qida Gözətçisi"
Rusiya Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmalarını təqdim edib
Azərbaycanla Rusiya arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər