Olqa Maslova: "Qazaxıstanda pensiya sistemində əsas risk insanların gözləniləndən daha uzun yaşamasıdır"
Hazırda Qazaxıstanın pensiya sisteminin qarşısında duran ən əsas risk insanların ehtimal olunandan daha uzun yaşamasıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Nomad Life Kazakhstan" şirkətinin pərakəndə satışlar üzrə icraçı direktoru Olqa Maslova XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, söhbət uzunömürlülük riskindən gedir: "1998-ci ildə Qazaxıstanda orta ömür uzunluğu 65-66 il idi. Bu gün orta ömür uzunluğu 76 ildir. 10-15 ildən sonra nə olacağını və ömür uzunluğunun nə qədər olacağını biz deyə bilmirik".
O. Maslova qeyd edib ki, ikinci risk müxtəlif səbəblərə görə pensiya hesabında yığılmış pulların insana kifayət etməməsidir: "Bu, həmçinin pensiya aktivlərinin çıxarılması ilə bağlıdır. Belə imkana malik olan əhalinin böyük hissəsi artıq məbləğləri daşınmaz əmlakın alınmasına və müalicəyə yönəldib.
Şirkət rəsmisi bildirib ki, digər risk inflyasiya ilə bağlıdır: "Hər il pensiya fondumuz inflyasiya səviyyəsini ödəmir. Elə ayrı-ayrı illər olur ki, investisiya gəliri ölkədəki inflyasiya səviyyəsindən aşağı olur. Lakin uzunmüddətli perspektivdə, 5-15 il müddətində baxsaq, orada artım müşahidə olunur. Həmçinin bütün işçilərin layiqli pensiya almaq üçün lazımi miqdarda pul yığmaması riski mövcuddur. Çünki hamı rəsmi işləmir. Bizdə zərflərdə əmək haqqı almaq, bir qayda olaraq, kiçik biznesdə davam edir, yaxud işəgötürən sosial ayırmaları minimuma endirmək üçün əmək haqqını süni şəkildə azaldır".
Oxşar xəbərlər
Pensiya yaşı nə vaxt dəyişdiriləcək?
Çexiyada pensiya yaşı 67-yə qaldırılır
Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq
Sahil Babayev: "Son 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə artıb"
Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
