Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 30 gündən 90 günə artırılacaq
"Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq".
“APA-Economics” ADY-yə istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:
“ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.
Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur”.
O qeyd edib ki, hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır: ”Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.
Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”.
Oxşar xəbərlər
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb
Departament rəisi: Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarla illik 100 min sərnişinin daşınması gözlənilir
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
