Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndəriləcək
Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
Ermənistana 8 vaqon dizel yanacağı göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər