“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər
ABŞ-ın “Ford” və “General Motors”, eləcə də digər avtomobil istehsalçıları tezliklə ölkənin silahlı qüvvələrini gücləndirmək üçün silahlar, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər və “Tomahawk” qanadlı raketləri istehsal etməyə başlaya bilərlər.
Sizinxeber.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O, iyunun 24-də ABŞ-ın ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüşməyi planlaşdırdığını təsdiqləyib.
"Biz ölkənin hər yerində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford” ilə danışıqlar aparırlar. Amma bilirəm ki, “General Motors” hazırda silah istehsalı ilə bağlı çox həyəcanlıdır. Onların istehsalı dəyişə biləcəkləri bir neçə fabriki var. Biz “Tomahawk” da daxil olmaqla “Patriot”lar və daha çox silah istehsal edəcəyik", - Tramp bildirib.
Oxşar xəbərlər
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq
Almaniya "Patriot" sistemləri üçün ilk yerli istehsal raketlərini 2026-cı ildə əldə edə bilər
Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər
Almaniya Ukraynaya bir neçə "Patriot" batareyası verəcək
Polşalı general: Silah çatışmazlığı səbəbindən Rusiyanın hücumundan iki həftəyədək müdafiə oluna bilərik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
