Vens: ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaradıb
ABŞ və İran Hörmüz boğazının daim açıq qalmasını təmin etmək üçün yol tapıblar.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bürgenştokda İran nümayəndə heyəti ilə danışıqlardan sonra, İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
"Biz Hörmüz boğazının sadəcə açılacağını deyil, həm də açıq qalacağını zəmanət altına almağa imkan verən mexanizm yaratdıq", - Vens qeyd edib.
O xatırladıb ki, boğaz vasitəsilə artıq təxminən 15 milyon barel neft daşınıb və o dünya yanacaq bazarlarında qiymətlərin enəcəyini düşünür.
Vensin sözlərinə görə, həmçinin regional atəşkəsin qorunub saxlanması və mümkün münaqişələrə nəzarət üçün mexanizm yaradılıb.
"Biz atəşkəsin qorunmasına zəmanət vermək üçün israillilərdən tutmuş Fars körfəzindəki ərəblərə qədər müttəfiqlərimizlə işləyirik. Bu məsələdə işlərin yaxşı getdiyini hiss edirik", - vitse-prezident bildirib.
Oxşar xəbərlər
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək
Vens ABŞ və İran arasında texniki danışıqların davam etdiyini bildirib
Cey Di Vensin İsveçrəyə səfəri başlayıb
Əraqçi Hörmüz boğazının açıldığını bildirib
İran Hörmüz boğazını bağlamağı düşünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
