Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
sizinxeber.az xəbər saytı

Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq


"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.

Qurumdan "APA-Economics"ə verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.

Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Oxşar xəbərlər

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir
Departament rəisi: Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarla illik 100 min sərnişinin daşınması gözlənilir
Bakı-Tbilisi qatarında çəkisi 23 kq olan baqajı pulsuz aparmaq mümkün olacaq
Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər