Lukaku Belçika millisinin ən çox oyun keçirən üçüncü futbolçusu olub
sizinxeber.az xəbər saytı

Lukaku Belçika millisinin ən çox oyun keçirən üçüncü futbolçusu olub


Romelu Lukaku Belçika millisində ən çox oyun keçirən üçüncü futbolçu olub.

"Report" xəbər verir ki, 33 yaşlı hücumçu buna DÇ-2026-nın G qrupunun II turunda İranla matçda iştirak etməklə yiyələnib.

Qarşılaşmaya ilk "11-lik"də başlayan forvard 73-cü dəqiqədə əvəzlənib. Lukaku yığmada 128 matçda 90 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb. Aksel Vitsel (138) bu göstəricidə ikinci, Yan Vertongen (157) üçüncü pillədədir.

Xatırladaq ki, Belçika millisi İranla heç-heçə edib - 0:0. ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Lukaku peşəkar karyerasında 400-cü qolunu vurub
Romelu Lukaku "Milan"a keçmək istəyir
Lukaku "Napoli"yə transfer olub
"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib
DÇ-2026: Belçika - Misir oyununda qalib müəyyənləşməyib- YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər