Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub"
sizinxeber.az xəbər saytı

Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub"


Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Çad üzərində qazandıqları qələbəni və təşkilatçılığı dəyərləndirib.

O, “Sizinxeber.az”a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq, görüşün çox çətin keçdiyini bildirib.

Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbə qazandıqları üçün şad olduğunu söyləyib:

“Üçüncü oyun bizim üçün mühüm idi. Görüş çox çətin keçdi. Buna baxmayaraq, qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram”.

“Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox əladır”, - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.

Oxşar xəbərlər

Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib
İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib
Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər