İslam dininə aid ibadət yerlərindəki vakant vəzifələr üçün 8 qadın, 49 kişi uğur qazanıb
sizinxeber.az xəbər saytı

İslam dininə aid ibadət yerlərindəki vakant vəzifələr üçün 8 qadın, 49 kişi uğur qazanıb


İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibədə 8 qadın, 49 kişi uğur qazanıb.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, müsahibəyə sənəd qəbulu zamanı 62 vakant vəzifəyə (imam vəzifəsi üzrə-18 yer, imam müavini vəzifəsi üzrə-31 yer, dini ayinlərin icraçısı vəzifəsi üzrə-9 yer, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə-4 yer) müraciət edən 230 namizədin sənədi qeydiyyata alınıb.

İyunun 8-dən 17-nə qədər davam edən müsahibədə 213 nəfər iştirak edib. Qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 4 vakant yer üzrə imtahanda iştirak edən 57 namizəddən 8-i, 49 imam və imam müavini vakansiyası üzrə isə 156 nəfərdən 49-u müsahibədə uğur qazanıb. Ümumilikdə, 156 namizəd keçid balını toplaya bilməyib. Namizədlərdən 17 nəfəri isə imtahanda iştirak etməyib.

Qeyd edək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində vakant vəzifələrə təyin olunacaqlar.

Oxşar xəbərlər

Məscidlərdə vakant vəzifələrə 230 nəfər müraciət edib
Dini vəzifələr üzrə müsahibəyə 230 namizəd müraciət edib
Məscidlərə imam, imam müavini və qadın dini ayinlərin icraçısı axtarılır
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb
Azərbaycanda tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər