İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
İran nümayəndə heyəti danışıqlar üçün İsveçrəyə yola düşüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, ABŞ-la danışıqlar üzrə heyətin rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın sədri Əbdülnasir Himməti İran nümayəndə heyətinin tərkibində yer alıblar.
Onları Ali Milli Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirliyinin və Neft Nazirliyinin rəsmiləri müşayiət edirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib ki, İsveçrə danışıqlarında qarşı tərəfin öhdəliklərinin necə yerinə yetirəcəyinə aydınlıq gətirilməsi və bu öhdəliklərin icrasının tələb olunması əsas məqsəddir.
O qeyd edib ki, qarşı tərəfin əvvəlki öhdəliklərə əməl etməməsi səbəbindən bu şərt hələ reallaşmayıb və səfər məhz bu məsələyə aydınlıq gətirmək üçün həyata keçirilir.
Bəqai vurğulayıb ki, memorandumun birinci bəndi, yəni bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması qarşılıqlı öhdəliklərin əsasını təşkil edir.
Onun sözlərinə görə, qarşı tərəf İsraili Livandakı müharibəni dayandırmağa məcbur edə bilməyib, halbuki İran öz öhdəliklərinə sadiq qalıb və memorandumun bu müddəası açıq şəkildə pozulub.
Bəqai əlavə edib ki, dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazının açılması istiqamətində müəyyən addımlar atılsa da, memorandum vahid paket xarakteri daşıyır və birinci bəndin pozulması bütün razılaşmanı sual altına qoyur.
O bildirib ki, əgər qarşı tərəf dərhal zəruri tədbirləri görməsə, razılaşmanın bütövlüyü ciddi problemlə üzləşəcək.
İran XİN sözçüsü vurğulayıb ki, əgər qarşı tərəf öhdəliklərindən yayınarsa, İran qəti və peşmanedici tədbirlər görəcək.
Bəqai qeyd edib ki, İranın xarici siyasətinin prinsipi aydındır: “Öhdəliyə qarşı öhdəlik, addıma qarşı addım”.
Onun sözlərinə görə, razılaşmanın davamlılığı qarşı tərəfin davranışından asılı olacaq.
Oxşar xəbərlər
İran xarici işlər naziri Çinə gedir
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb
İran XİN rəhbəri Çinə səfər edəcək
İran XİN: Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparırıq
Əraqçi Nyu-Yorkda BMT-nin iclasına dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
