İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"
İspaniya minifutbol millisinin baş məşqçisi Asenxo Fernandes Fransisko Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.
O, minifutbol üçün salınan meydançanın heyrətamiz olduğunu deyib:
"Təşkilatçılıqla bağlı hər şey idealdır, biz çox məmnunuq. Meydança heyrətamizdir. Könüllülər hər kəsə lazımi şəkildə kömək edirlər. Bir sözlə, hər şey yaxşıdır".
Baş məşqçi komandasının oyununu da qiymətləndirib:
"Ən mühüm olan odur ki, ilk oyunda qələbə qazandıq. Bu, komandada özünəinam yaradır. Deyə bilərəm ki, komanda yaxşı oyun göstərdi. Artıq növbəti qarşılaşmaya köklənəcəyik".
Qeyd edək ki, H qrupunun oyununda bu gün Qana ilə üz-üzə gələn İspaniya millisi 3:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Monteneqro ilə matçı dəyərləndirib
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Türkiyə minifutbol millisinin üzvü: "Bakıdakı mundial təşkilatçılıq baxımından dünyada bir nömrədir"
Minifutbol üzrə dünya çempionatı: Bu gün daha 8 qarşılaşma baş tutacaq
İspaniya millisi baş məşqçisi ilə müqavilə müddətini artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













