Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunda Çadı məğlub edən Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov qələbəni dəyərləndirib.
O, “Sizinxeber.az”a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq görüşü çox çətin keçirdiklərini bildirib.
Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbə qazandıqları üçün şad olduğunu söyləyib:
“Üçüncü oyun bizim üçün mühüm idi. Görüşü çox çətin keçirdik. Buna baxmayaraq qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram”.
“Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox gözəldir”, - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib
Afrika təmsilçisi Bakıdakı dünya çempionatında qələbə qazanıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub
İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
