Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
sizinxeber.az xəbər saytı

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib


Özbəkistanda diplomatik missiyası başa çatan Azərbaycan səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə "Mehnat Shuhrati" ordenini təqdim edib.

Oxşar xəbərlər

Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Eldar İbrahimov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Şavkat Mirziyoyev Azərbaycan səfirinə "Mehnat Shuhrati" ordenini təqdim edib
Eldar İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər