Azərbaycan millisinin baş məşqçisi: "Ev sahibi olduğumuz üçün rəqiblər bizə qarşı daha məsuliyyətli hazırlaşırlar" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
22:30

Azərbaycan millisinin baş məşqçisi: "Ev sahibi olduğumuz üçün rəqiblər bizə qarşı daha məsuliyyətli hazırlaşırlar"

21 may, 2025
22:30
819

Azərbaycan millisinin baş məşqçisi: "Ev sahibi olduğumuz üçün rəqiblər bizə qarşı daha məsuliyyətli hazırlaşırlar"

Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar.

"Report"un məlumatına görə, bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının Bəhreynlə oyunu sonrası jurnalistlərə çaıqlamasında deyib.

Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı şərh edib:

"İlk oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim. Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar. Növbəti görüşlərəd uğurlu çıxış edərək, qrupu birinci pillədə başa vurmaq istəyirik. Yığma Avropa çempionu olarkən, turnirdəki ilk görüşümüzdə Rumıniya seçməsinə məğlub olmuşduq. Deməzdim ki, bu gün pis çıxış etdik. Sadəcə bəxtimiz gətirmədi. Qol vurmaq üçün imkanlarımız çox oldu. Təəssüf ki, heç birindən yararlana bilmədik".

Qeyd edək ki, A qrupunun görüşündə yığma Bəhreynlə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Bizimlə əlaqə saxlayın